Boks

Çempionun ailəsində ağır itki

Ağır çəkidə keçmiş UFC çempionu Frensis Nqannunun ailəsi dəhşətli hadisə yaşanıb.

Aut.az xəbər verir ki, kamerunlu döyüşçünün 18 aylıq oğlu aprelin 28-də vəfat edib. Bu barədə “237online.com” saytı məlumat yayıb.

Ancaq faciənin hansı şəraitdə baş verdiyini açıqlamayıb.

“Əlimizdən gələni etməyə çalışdığımız şey bizə ən çox zərbə vurursa, həyatın nə mənası var?! Həyat niyə bu qədər ədalətsiz və amansızdır? Niyə həyat həmişə əlimizdən nəsə alır? Mən lənətə gəlmişəm”, – deyə Nqannu X səhifəsində yazıb.

Aut.az