Superulduz bu döyüşdən sonra karyerasını bitirəcək: Turki açıqladı
Səudiyyə Ərəbistanı Əyləncə Baş İdarəsinin rəhbəri Turki Əl-Şeyx bildirib ki,Terens Krouford karyerasını bitirməyi düşünür.
Aut.az xəbər verir ki, Türkinin sözlərini “The Ring” sitat gətirib.
“Krouford? Mən onunla Londonda görüşəndə dedi ki, bu, onun son döyüşü olacaq. Düşünürəm ki, döyüşdən sonra Terens daha çox şey istəyəcək”, – Əl-Şeyx deyib .
Bundan əlavə, o, karyerasını bitirən Saul Alvareslə işləməyə ümid etdiyini də əlavə edib.
Krouford – Kanelo döyüşü sentyabrın 13-də Las-Veqasda keçiriləcək.
Aut.az
