“Tülkülər” “Siti”nin rekordunu yenilədilər
“Lester” İngiltərə Çempionşipinin 45-ci turunda “Preston”u məğlub edərək (3:0) rekorda imza atıb.
Aut.az xəbər verir ki, “tülkülər” sona bir tur qalmış 97 xalla birinci yeri təmin ediblər. “Lester” 8-ci dəfə Çempionşipdə qalib olub ki, bu da turnir tarixinim ən yaxşı rekordudur.
“Mavi-ağlar” “Mançester Siti”yə məxsus rekordu yeniləyiblər. Hazırda Premyer Liqada hegomonluq edən şəhərlilər bu liqanı 7 dəfə qazanıb. Bu göstəricidə üçüncü yeri hərəyə 5 çempionluqıa “Norviç”, “Sanderlend”, “Şeffild Uensdey” paylaşır.
Qeyd edək ki, “Lester” uğurlu çıxış sayəsində bir illik fasilədən sonra Premyer Liqaya qayıdıb.
