Tuxel İngiltərə millisində bu qədər qazanacaq
Tomas Tuxel İngiltərə millisinin yeni baş məşqçisi olacaq.
Aut.az xəbər verrir ki, alman mütəxəssis İngiltərə Futbol Assosiasiyası (FA) ilə müqaviləni razılaşdırıb. Onun təyinatının bu gün “Uembli” stadionunda keçiriləcək mətbuat konfransında elan ediləcəyi gözlənilir.
“Mirror”un məlumatına görə, Tuxelin İngiltərə millisindəki maaşı ildə təxminən 5 milyon funt sterlinq olacaq. Müqavilə ilkin olaraq, 18 ay davam edəcək. Alman mütəxəssisin yanvarın 1-də rəsmi olaraq vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Komandanın noyabrda Millətlər Liqasında keçiriləcək iki oyuna müvəqqəti məşqçi Li Karsli çıxaracaq.
Qeyd edək ki, AVRO-2024-ün finalında İspaniyaya məğlub olduqdan sonra istefa verən Qaret Sautqeyt bonuslarla birlikdə ildə 2,5 milyon funt sterlinq qazanıb.
Tuxelin son iş yeri 2023/24 mövsümünün sonunda tərk etdiyi “Bayern” olub.
