18 yaşlı oyunçunun transferi futbol tarixinə düşdü
İngiltərəli yarımmüdafiəçi Arçi Qreyin “Tottenhem”ə transferi 18 yaşa qədər oyunçular arasında futbol tarixində ən bahalı transferlərdən biri olub.
Aut.az xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb .
Qreyin transfer qiyməti siyahıda dördüncü olub. Onun keçidi London klubuna 41,3 milyon avroya başa gəlib.
“İlk üçlüy”ü “Real”n braziliyalı hücumçuları tutublar: Endrik (47,5 milyon), Rodriqo Qoes (45 milyon) və Vinisius Junior (45 milyon).
Aut.az

