İspaniyaİngiltərə

“Yunayted” Reşfordun yerinə “Barsa”dan görün kimi istəyir

“Mançester Yunayted” “Barselona”ya oyunçu mübadiləsi təklif etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin sözlərinə görə, kataloniyalıların Markus Reşfordla maraqlanmasından xəbərdar olan “qırmızı şeytanlar” Reşfordun gedişinə mərkəz müdafiəçisi Andreas Kristensen və cüzi əlavə ödəniş müqabilində razıdır.

Hər iki oyunçu öz klublarında start heyətində yerlərini itiriblər.

“Transfermarkt” internet portalı 27 yaşlı Reşfordun transfer dəyərini 55 milyon avro qiymətləndirir. 28 yaşlı Kristensenin dəyəri 20 milyon avrodur.

Bununla belə, “Barselona”nın hələlik Reşfordu daimi əsasda almaq planı yoxdur. Klub futbolçunu 6 aylıq icarəyə götürmək istəyir.

Aut.az