İngiltərə

Müasir futbolda Hallandı qıcıqlandıran qayda hansıdır?

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland onu ən çox qıcıqlandıran müasir futbol qaydaları ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Haaland bu barədə klubun mətbuat xidmətinə müsahibəsində danışıb.

“Deyək ki, oyunçular bu və ya digər tərəfə autdan topu daxil edirlər, fərqi yoxdur. Ancaq onlar topu iki əllə tutduqlarına əmin olmalıdırlar. Mən hətta qaydaları da bilmirəm, amma aut atmaq qərarına gəlsəm, çox güman ki, səhv edəcəm.

Topu düz aşağı, yuxarı və ya başqa cür atmağınızın fərqi yoxdur. Mən bunu dəyişərdim.

Həmçinin, oyunçunun topu oyuna daxil etdiyi zaman bir neçə metr oğurladığı vəziyyət olmamalıdır. Sizin nə qədər uzaqlaşa biləcəyinizlə (topun çıxdığı yerdən) və nə qədər uzun məsafədə hərəkət edə biləcəyinizlə bağlı məhdudiyyət olmalıdır. Düşünürəm ki, bu, gələcəkdə də belə olacaq”, – Haaland deyib.

O da qeyd olunur ki, norveçli autların avtomatik müəyyənləşdirilməsi sisteminin tətbiqinə çağırıb.

Aut.az