“Borussiya” finala çıxsa, MY milyonlar qazancaq
“Borussiya Dortmund” cari mövsüm Çempionlar Liqasında finalına çıxsa, “Mançester Yunayted” 3,4 milyon funt-sterlinq qazanacaq.
Aut.az xəbər verir ki, buna səbəb İngiltərə kliubundan icarə əsasında transfer edilən Ceydon Sançonun müqaviləsindəki bəndlərdir. Bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Dortmund komandası yarımfinala çıxdığı üçün artıq “qırmızı şeytanlar”a müəyyən məbləğ ödəməlidir. Eyni zamanda, Bundesliqasının nəticələrinə görə “arılar”ın Çempionlar Liqasına vəsiqə qazanması halında da əlavə ödəniş ediləcək.
Komanda hazırda 29 oyundan 56 xalla Almaniya çempionatının turnir cədvəlində 5-ci yerdədir.
Xatırladaq ki, 24 yaşlı Sanço ötən qış mövsümün sonuna kimi icarə əsasında “Mançester Yunayted”dən Almaniya klubuna keçmişdi. Bu mövsüm Sanço bütün yarışlarda 14 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun “Borussiya” ilə icarə əmək müqaviləsi mövsümün sonuna qədərdir.
Aut.az
