“Barsa” İspaniya kubokunun qalibi oldu – VİDEO
Kataloniya “Barselona”sı futzal üzrə 2023/24 mövsümündə İspaniya Kubokunun finalında Mursiya təmsilçisi “El Pozo”ya qalib gəlib.
Aut.az xəbər verir ki, oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib.
Orada hər şeyi “El Pozo”nun dördüncü zərbəsini dəf edən kataloniyalı qapıçı Didak Plananın qurtarışı həll edib.
Qeyd edək ki, “Barselona” tarixində yeddinci dəfə futzal üzrə İspaniya kubokunun qalibi olub.
Aut.az
