Vəkilləri 1 milyon avro girovu təqdim etdilər, yaxın günlərdə…
Dani Alveşin vəkilləri Barselona məhkəməsinə 1 milyon avro girov qoyublar.
Aut.az xəbər verir ki, sabiq müdafiəçisi yaxın gələcəkdə həbsdən çıxa bilər. Bu barədə İspaniyanın “Mundo Deportivo” internet nəşri məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl Alves ailəsinin məhkəməyə girov qoymaq üçün zəruri olan 1 milyon avro məbləğində kredit götürməyi planlaşdırdığı barədə məlumat yayılmışdı. Ötən ilin yanvarında 40 yaşlı Dani Alves Barselonadakı “Sutton” gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb.
Daha sonra braziliyalı 4,5 il həbs cəzasına məhkum edildi və həmçinin mənəvi təzminat olaraq zərərçəkənə 150 min avro ödəməyə məhkum edildi. Eyni zamanda İspaniya prokurorluğu Alveşin daha uzun müddət həbsdə qalması lazım olduğunu düşünərək məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırıb.
Aut.az
