Azərbaycan futbolu

Milli komandamız itki ilə üzləşdi

Azərbaycan milli komandasının futbolçusu Vüsal İsgəndərli ötən gün baş tutan məşqdə zədələnib.

Aut.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bu səbəbdən futbolçunun adı “FIFA series – Edition 2024” layihəsi çərçivəsində millimizin bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Bolqarıstan yığması ilə keçirəcəyi oyunun sifariş ərizəsinə salınmayıb.