Bir əfsanədən digərinə bir kəlməlik tərif
Əfsanəvi amerikalı basketbolçu Lebron Ceyms “İnter Mayami”də Lionel Messinin ilk qoluna coşqu ilə reaksiya verib.
Aut.az xəbər verir ki, “İnter Mayami” Liqa Kuboku turnirinin qrup mərhələsinin ilk oyununda Meksikanın “Krus Asul” klubunu 2:1 hesabı ilə məğlub edib.
Qələbə qolunu 90+4-cü dəqiqədə zərimə zərbəsindən Messi vurub.
Lebron Ceyms “Tvitter”də Messinin bu qoluna bir sözlə reaksiya verib: “İnanılmaz!”
Aut.az
