Basketbol

Əfsanə yenə tarixə düşdü: Görün bu dəfə nə etdi

LeBron Ceyms NBA tarixini yenidən yazmağa davam edir.

Aut.az xəbər verirk i, “Los-Anceles Leykers”in 41 yaşlı ulduzu uzun illər Kərim Abdul-Cabbarın əlində qalan bir zirvəni fəth edib.

Ceyms “Denver Naqqets”ə qarşı 113:120 hesabı ilə uduzduqları oyunda rəsmi olaraq liqanın karyerası boyunca meydandan ən çox dəqiq atış edən basketbolçusu olub. İndi onun hesabında 15 838-dən çox dəqiq atış var. Abdul-Cabbar karyerasını 1989-cu ildə 15 837 dəqiq atışla başa vurmuşdu və bu rekord üç yarım onillikdən çox davam etmişdi. Liderlər üçlüyünü isə Karl Meloun tamamlayır, onun hesabında 13 528 dəqiq atış var.

İndi Lebron növbəti hədəf kimi Robert Perişin müntəzəm çempionatlarda oynadığı oyunlar üzrə rekordunu (1 611 oyun) qırmağı hədəfləyir. “Leykers”in 23 nömrəli oyunçusu bu reytinqdə ikinci sıradadır və hesabında 1 606 oyun var. Əgər Ceyms yaxın oyunların hamısında iştirak edərsə, 16 mart tarixində “Hyuston Rokets”lə qarşılaşmada Perişi ötə biləcək.