Basketbol

Əfsanə Putinlə görüşündən danışdı: Onun öz oteli, “Ferrari” və “Lamborghini” dilerləri var

Əfsanəvi NBA oyunçusu Dennis Rodman etiraf edib ki, Rusiya onun ən sevimli ölkələrindən biridir. Keçmiş basketbolçu bildirib ki, Vladimir Putinlə bir neçə dəfə görüşüb və hətta Rusiya lideri ona “Lamborghini” sürməyə icazə verib.

Aut.az xəbər verir ki, bu barədə 5 qat NBA çempionu bloqer N3ON-a danışıb.

“Putini yaxşı tanıyıram. Onunla beş dəfə görüşmüşəm. Özünə məxsus oteli və “Ferrari” ilə “Lamborghini” diler mərkəzi var. Bir dəfə soruşdu ki, “Lamborghini” istəyirəmmi. Mən də razılaşdım. Mənə avtomobili bir həftə sürməyə icazə verdi. O vaxt subay idim”, – deyə Rodman bildirib.

Onun sözlərinə görə, görüşlər möhtəşəm şam yeməkləri ilə yekunlaşıb və ətrafda top-model qadınlar olub.

Rodman NBA-də 14 mövsüm keçirib. “Detroyt”la 1989 və 1990-cı illərdə çempion olub, “Çikaqo” ilə isə ardıcıl üç titul qazanıb (1996–1998). Meydanda ribaund qazanmaq bacarığı və xarizmatik görünüşü ilə seçilən forvard meydandan kənarda qalmaqalları və çılğın həyatı ilə diqqət çəkib.

Həmçinin qeyd edək ki, keçmiş basketbolçu dəfələrlə Şimali Koreyaya da səfər edib və Kim Çen Inla görüşüb.

Aut.az