ŞOK: PSJ Mbappeni heyətdən çıxardı
Kilian Mbappe PSJ ilə mövsümöncəsi tura getməyəcək.
Aut.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, hücumçu sifariş ərizəsindən çıxarılıb və komanda ilə Yaponiyaya uçmayacaq. Bu barədə ona “Havr”la yoldaşlıq oyunundan sonra məlumat verilib.
Klub hesab edir ki, 24 yaşlı futbolçu 2024-cü ilin yayında azad agent kimi “Real”a keçmək üçün artıq razılıq verib.
Əvvəllər PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi oyunçuya ya müqaviləsini uzatmaq, ya da 2023-cü ildə satışa razılıq vermək üçün iki həftə vaxt vermişdi.
Aut.az
