Dünya futbolu

Murad Musayev mətbuat konfransında söyüş söydü

“Karsnodar”ın baş məşqçisi Murad Musayev “Zenit”lə oyundan sonra keçirilən mətbuat konfransında söyüş söyüb.

Aut.az xəbər verir ki, “Krasnodar” bazar günü RPL- in 24-cü turu çərçivəsində səfərdə “Zenit”ə 1:4 hesabı ilə məğlub olub.

Mətbuat konfransı zamanı “buğalar”ın baş məşqçisi jurnalistlərin suallarının bitdiyini düşünüb, onlara təşəkkür edib və getmək istəyib. Lakin Musayevə Pavel Kukuyanın hakimliyi ilə bağlı başqa sual verilib.

Mütəxəssis suala söyüşlə cavab verib.

“Bəli ### [aman Allahım], ##### [lənətə gəlsin], bu qədər uzun sürən nədir?” – Musayev deyib.

Aut.az