Ronaldo əfsanəyə çatdı
Səudiyyə Ərəbistanı çempionatının üçüncü turunda “Əl-Nəsr” “Əl-Riyad” üzərində 5:1 hesablı qələbə qazanıb.
Aut.az xəbər verir ki, bu görüşdə dubl edən Kriştiano Ronaldo karyerasındakı qollarının sayını 945-ə çatdırıb.
Həmçinin matç portuqaliyalı hücumçu üçün klub karyerasında 1065-ci oyun olub. Bununla da Ronaldo braziliyalı əfsanəvi futbolçu Jalma ilə bərabərləşərək tarixdə ən çox klub oyunu keçirən futbolçular siyahısında 9 və 10-cu pillələri bölüşür.
Klublarda ən çox oyun keçirən futbolçular:
- 1381 – Fabio (Braziliya)
- 1239 – Piter Şilton (İngiltərə)
- 1217 – Rojerio Seni (Braziliya)
- 1160 – Tommi Qatçison (Şotlandiya)
- 1137 – Pol Bestok (İngiltərə)
- 1108 – Marselinyo Paraiba (Braziliya)
- 1080 – Toni Ford (İngiltərə)
- 1067 – Ceymi Karton (İngiltərə)
- 1065 – Jalma Santos (Braziliya)
- 1065 – Kriştiano Ronaldo (Portuqaliya)
