Xeyr, xeyr – Alonso bu suala cavab verməkdən imtina etdi
2025-ci ilin yayında “Real Madrid”in baş məşqçisi təyin edilən və 2026-cı ilin yanvarında klubdan ayrılan Xabi Alonso artıq “Çelsi”də işə başlayıb.
Aut.az xəbər verir ki, bu səhər jurnalistlərə açıqlama verən ispaniyalı deyib: “Çox xoşbəxtəm. “Çelsi”nin əla layihəsi var, bu, mənim üçün əla seçim idi. Bizim güclü komandamız olacaq”.
“Real Madrid” haqqında soruşulduqda, Alonso qəfildən “Xeyr, xeyr. Bu barədə danışmayacağam” deyərək jurnalistlərdən ayrılıb.
Aut.az
