Qetci növbəti rəqibini seçdi – Erməni deyil
UFC-nin yüngül çəkidə yeni çempionu Castin Qetci artıq növbəti rəqibini seçib.
Aut.az xəbər verir ki, amerikalı idmançı Arman Tsarukyan və ya Çarlz Oliveyra ilə döyüşmək niyyətində olmadığını bildirib. Bunun əvəzinə, o, 11 iyulda “UFC 329”-da döyüşəcək Konor Makqreqor və Maks Hollouey arasında döyüşün qalibi ilə qarşılaşmaq istəyir.
“Bu döyüşün necə bitməsi məni çox maraqlandırır. Maks məni nokaut etdi, amma mən bu məğlubiyyətin öhdəsindən gəldim və qismən qisasımı İlya Topuriyanı məğlub etməklə aldım. Və dəfələrlə açıq şəkildə dediyim kimi, həqiqətən də Konor Makqreqorun üzünə yumruq vurmaq istəyirəm. Şübhəsiz ki, Konor idmanımızın ən böyük superulduzudur. Onunla döyüş mənim üçün böyük maliyyə qazancı olardı və irsimi möhkəmləndirərdi”, – Qetce Cim Rome ilə müsahibəsində deyib.
Aut.az
