Fiziyevdən Pereyranın məğlubiyyətinə reaksiya: Niyə mübarizə aparmadı?
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev rusiyalı Maqomed Ankalayevin braziliyalı Aleks Pereyra üzərində qələbəsini şərh edib.
“Ankalayev təzyiq göstərdi və döyüşü parterə keçirməyə çalışdı. Belə oğlanlarla mübarizə aparmaq çətindir. Ankalayev mükəmməl çıxış etdi, amma mən başqa şey haqqında düşündüm… Pereyra niyə Pereyra kimi mübarizə aparmadı? Düşünürəm ki, onun çoxlu döyüşləri olub və resursları tükənib”, – Fiziyev Ariel Helvaninin podkastında deyib.
Pereyra ilə Ankalayev arasında döyüş Las-Veqasda (ABŞ) UFC 313 turnirində baş tutub və yekdil qərarla rusiyalının qələbəsi ilə yekunlaşıb. Ankalayev orta ağır çəki dərəcəsində (93 kq-a qədər) təşkilatın yeni çempionu olub.
Aut.az
