Bu klub porno ulduzun fotosunu paylaşıb rekord vurdu – FOTOFAKT
Şotlandiyanın dördüncü divizion klubu “Klayd” qəfildən diqqət mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, klub rəsmi səhifəsində “OnlyFans”dan model Sofia Rainin fotosunu yayımlayıb. Paylaşım böyük marağa səbəb olub.
Azarkeşlərdən biri narahat olub: “Bunu izah edə bilərsinizmi? Bu, klub üçün heç yaxşı imic deyil”.
Postda açıq-saçıq məzmun olmasa da, tez bir zamanda silinib və klub araşdırma elan edib.
Klaydın rəqibləri zarafat etməyə çalışıblar: “Piterhid” bununla bağlı paylaşım edərək. “Rəhbərlikdən kimsə Sevgililər Günündə açıq-aşkar heç bir sevgi görməyb”, – deyə yazıb.
Qalmaqala baxmayaraq, post 1,5 milyon baxış toplayıb. Bu, klub üçün rekorddur.
Aut.az

