Digər

Dünya çempionu karyerasını dayandırdı – 22 yaşında

Dünya rekordçusu olan üzgüçü Cordan Kruks 22 yaşında karyerasını dayandırmaq qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə “Swimswam.com” məlumat yayıb.

“Bu üzgüçülük səyahətinə dəstək olan Kayman Adaları, Tennessi Universiteti, ailə və dostlara təşəkkür edirəm. İndi yarışlardan uzaqlaşıram.

Mən həyatın təklif etdiyi hər şeyi kəşf etməyi səbirsizliklə gözləyirəm. Tezliklə görüşərik”, – idmanı bildirib.

O, ötən yay Olimpiadada Kayman adalarını təmsil edib, lakin 50 metr məsafəyə sərbəst üsulla üzmədə medal qazana bilməyib.

O, 2024-cü ildə dünya çempionatında 50 metr məsafəyə sərbəst üsulla üzmədə qızıl medal qazanıb. Yarımfinalda 19,90 saniyə nəticə ilə dünya rekordunu yeniləyib.

Aut.az