Digər

Əfsanəvi texnika ilə qazanılan “qızıl” bu qiymətə satıldı – VİDEO  

Dik Fosberinin 1968-ci ildə Mexiko olimpiadasında qazandığı qızıl medal hərracda 158.600 dollara satılıb.

Aut.az xəbər verir ki, bu barədə “Nbcsports.com” məlumat yayıb.

Medal “Heritage Auctions” tərəfindən satışa çıxarılan bir neçə əşyadan biri idi.

Fosberi orta məktəbin ikinci kursunda oxuyarkən “sinə irəli” tullanma texnikası üzərində işləməyə başlayıb və o, məzun olanda bu texnika tam inkişaf etdirilib.

Bundan əvvəl idmançılar “qayçı üslubu” texnikasından istifadə edirdilər. Sonralar onun inqilabi texnikası “Fosbury flop” adlandı.

İdmançılar bu gün də ondan istifadə edirlər. İdmançı bildirib ki, 1968-ci il Olimpiadasında bu texnika ilə məşğul olan yeganə şəxs o olub. O, 2,24 metr hündürlüyə tullanaraq qızıl medal qazanıb və Olimpiya rekordunu qırıb.

Fosberi 2023-cü ilin martında lenfomanın təkrarlanmasından sonra 76 yaşında vəfat edib.

Aut.az