Digər

İlk dəfə vahid dünya çempionatı keçiriləcək – Ölkə bəllidir

Beynəlxalq Konkisürmə İttifaqının ( ISU ) prezidenti Çae-Yul Kim vahid Dünya Çempionatının ilk dəfə 2028-ci ildə Pekində keçiriləcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, Tenerifedə keçirilən ISU Konqresində Çae-Yul Kim bildirib:

“Biz 2028-ci ildə vahid Dünya Çempionatı təşkil edəcəyik. Dörd növdə, bir şəhərdə iki həftə. Bu tarixi tədbir Pekində baş tutacaq”.

Dünya Çempionatının proqramına dörd idman növü daxil olacaq: sürətli konkisürmə, şort-trek, fiqurlu konkisürmə və sinxron konkisürmə.

Aut.az