Digər

Yatdı, ayılmadı

Rusiyalı fristaylçı Pavel Krotov yuxuda dünyasını dəyişib.

Bu barədə yığmanın məşqçisi Aleksandr Ponqilski məlumat verib. 30 yaşlı idmançının ölümü bu gün, martın 26-da məlum olub.

“Şagirdim mənə zəng etdi, o, Pavellə uşaqlıqdan dost idi. Dedi ki, cümə günü yatıb, amma oyanmayıb. Səbəblər hələ məlum deyil, bazar ertəsi yarılma olacaq, ondan sonra hər şey aydınlaşacaq.

Hələ qohumları ilə danışmamışam. Pavel diz əməliyyatından təzəcə sağalırdı, tezliklə məşqlərə başlamaq istəyirdi”, – deyə RİA Novosti Ponqilskidən sitat gətirib.

Aut.az