Digər

Əfsanəvi Rufus yatdı və ayılmadı

Entoni Pettis və Tayron Vudlini UFC titullarına aparan əfsanəvi məşqçi Dyuk Rufus 55 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, məlumatı Rufusun yaratdığı “Roufusport” akademiyasının baş məşqçilərindən biri Skott Koffe açıqlayıb. Bildirilir ki, Rufus cümə axşamı yuxuda olarkən ölüb.

MMA məşqçisi olmazdan əvvəl Rufus kikboksinqdə ad çıxarmışdı. Kiçik qardaşı, eyni zamanda kikboksçu olan Rik Rufus ilə birlikdə çoxsaylı titullar qazandı. O, 36 qələbə (26 nokautla), 8 məğlubiyyət və 1 heç-heçə ilə kikboksinq üzrə səkkizqat dünya çempionudur. Rufus 2008-ci ildə üç ardıcıl qələbədən sonra kikboksinqdən təqaüdə çıxdı və məşqçiliyə keçdi.

Aut.az