Fələstin etirazı: Nüfuzlu turnirin final mərhələsi ləğv edildi – VİDEO
Vuelta 2025-in final mərhələsi Fələstin tərəfdarlarının etirazlarına görə ləğv edilib.
Aut.az xəbər verir ki, velosipedçilər 14 sentyabrda Alalpradodan Madridə qədər 108 km məsafəni qət etməli idilər.
İdmançıların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlara baxmayaraq, mərhələ başlayıb. Lakin onu tamamlamaq mümkün olmayıb. Fələstin tərəfdarı olan çoxlu sayda fəal trasa çıxıb və orada genişmiqyaslı etiraz aksiyası keçirib. Nəhayət, final mərhələsinin ləğvinə qərar verilib.
Aut.az
🚨 La Vuelta 2025 concluye sin circuito final: cancelada la última etapa por las protestas#LaVuelta25 pic.twitter.com/dhAxnk6zsI
— Eurosport.es (@Eurosport_ES) September 14, 2025
