DÇ-də Braziliya-Argentina finalı: Tanrı belə qərar verib ki…
Braziliya millisinin futzalçısı Pito dünya çempionatının finalında tarixi rəqibləri Argentina ilə oynayacaqlarından məmnundur.
“Dünya Kubokunun finalında belə bir qarşılaşma – məhz futzal tanrısı qərar verib ki, belə olsun. Bu derbidir. Final üçün bundan yaxşı matç ola bilməzdi. Və bu bizim üçün böyük motivasiyadır, belə bir rəqibə qarşı oyunda altıncı çempionluğu qazanmaq böyük uğur olacaq”, – Pito deyib.
Yarımfinalda Braziliyada uduzan Ukrayna Fransa ilə üçüncü yer uğrunda görüşə çıxacaq.
Aut.az
