Dünya futboluİspaniya

Yamal Dembeleyə “torba tikdi”

“Barselona”nın cinah oyunçusu Lamin Yamal “Qızıl top” mükafatından danışıb.

Aut.az xəbər verir ki, o, PSJ-nin hücumçusu Usman Dembeleni niyə dəstəkləməyəcəyini açıqlayıb:

“Əgər mən səs versəydim, bunu təkcə bir oyuna görə etməzdim, dünyanın ən yaxşı futbolçusuna görə səs verərdim. Mən bu mükafatı Dembeləyə yox, “Barselona”nın istənilən oyunçusuna verərdim”.

2024/25 mövsümündə Dembele PSJ-nin 4 titul qazanmasında (Liqa 1, Fransa Kuboku, Fransa Superkuboku və Çempionlar Liqası) mühüm rol oynayıb. O, bütün turnirlərdə 49 matçda 33 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az