Əfsanə Ronaldonun komandasına məğlubiyyətdən sonra istefa verdi
BƏƏ-nin “Əl Əyn” klubu Ernan Kresponun baş məşqçi postundan istefa verdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, argentinalı əfsanənin Asiya Çempionlar Liqasında Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”ə məğlubiyyətdən (1:5) sonra postundan getmək qərarına gəlib.
Krespo 2023-cü ilin noyabrından “Əl-Əyn”ə rəhbərlik edirdi. O, klubla Asiya Çempionlar Liqasının qalibi olub. Bu mövsüm komanda ölkə çempionatında 8-ci yerdədir.
Ümumilikdə Krespo komandaya 47 oyunda başçılıq edib və 23 qələbə qazanıb.
Aut.az
