İspaniya

Azarkeşlər ulduz futbolçunun “Barselona”da qalmasın istəmirlər

“Mundo Deportivo”nun keçirdiyi sorğuya əsasən, “Barselona” üzvlərinin böyük əksəriyyəti Robert Levandovskinin müqaviləsinin cari mövsümdən sonra uzadılmasına qarşıdır.

Aut.az xəbər verir ki, sorğuda iştirak edənlərin 59 faizi polşalı hücumçunun müqaviləsinin yenilənməsini istəmir ki, bu da onun klubdakı uzunmüddətli rolu ilə bağlı artan şübhələri əks etdirir.

Gələn il 37 yaşını qeyd edəcək Levandovski hələ də “Barselona”nın ən tanınan simalarından biri olaraq qalır və kluba gəldiyi vaxtdan bəri vacib qollar vurub. Lakin yaş faktoru, fiziki eniş ehtimalı və gələcək üçün planlama zərurəti azarkeşlərin mövqeyinə ciddi təsir göstərir.

Bir çox socios hesab edir ki, klub qarşıdakı yaydan etibarən yeni hücum mərhələsinə başlamalı və uzunmüddətli layihəyə daha uyğun gənc hücumçuya yatırım etməlidir.

Sorğuda iştirak edənlərin qalan 41 faizi isə Levandovskinin təcrübəsini, liderlik keyfiyyətlərini və peşəkarlığını önə çəkərək müqavilənin uzadılmasına açıqdır.

Aut.az