Azərbaycan futbolu

Vernidub Budkovski ilə bağlı xəbərə nöqtə qoydu – Yalandır

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub bildirib ki, klubu “Zarya”nın hücumçusu Pilip Budkovski ilə müqavilə imzalamaq imkanını belə nəzərdən keçirmir.

Aut.az xəbər verir ki, mütəxəssisin sözlərini “Ukrainskit futbol” sitat gətirib.

“Bu barədə oxumuşam, amma… bir şeyi deyə bilərəm: Budkovski əla oyunçudur, mənim üçün oynayıb və ona həm insan, həm də peşəkar kimi böyük hörmətim var. O, həqiqətən də yaxşı mövsüm keçirib. Amma onun transferi barədə heç bir söhbət olmayıb. Biz onu heç düşünməmişik də. Filipp artıq 34 yaşındadır və klubumuzun aydın siyasəti var – biz 29 yaşdan aşağı yunçularla müqavilə bağlamağa çalışırıq.

Əgər oyunçu həqiqətən yüksək səviyyə nümayiş etdirirsə, edə biləcəyimiz yeganə istisna mərkəz müdafiəçisi ola bilər. Daha yetkin oyunçular orada yaxşı çıxış edə bilərlər. Amma biz hücum xəttində gənc oyunçular axtarırıq. Buna görə də Budkovski haqqında məlumat dəqiq deyil”, – deyə məşqçi bildirib.

Budkovskinin ” Neftça”ya mümkün transferi ilə bağlı şayiələr iyunun sonlarında Azərbaycan mediasında yayılıb.

Aut.az