Rekord: Sükana toxunmadan 150 km velosiped sürdü – FOTO
Hindistanlı velosipedçi Vaibhav Rajamani əllərindən istifadə etmədən 151,33 kilometr məsafəni velosiped sürərək yeni rekord müəyyənləşdirib.
Aut.az xəbər verir ki, bunun üçün ona 7 saat 18 dəqiqə 13 saniyə lazım olub.
O, bu göstərici ilə Ginnesin Rekordlar Kitabına düşüb. 22 yaşlı idmançı uşaqlıqdan velosipeddə tarazlıq tutmaq üzrə məşq edib. Vaibhavın sözlərinə görə, o, ilk dəfə beş yaşında velosiped sürməyə cəhd edib. Həmin andan müntəzəm olaraq məşq edir və tez-tez gündə bir neçə on kilometr yol qət edir. Rekordçunun sözlərinə görə, tədricən əllərindən istifadə etmədən velosiped sürmək onun üçün adi hala çevrilib.
Bundan əvvəlki rekord kanadalı velosipedçi Robert Con Murreyə məxsus idi. O, sükana toxunmadan 130,29 kilometr qət etməyi bacarıb.

Aut.az
