Kontenin dərdi açıldı: Əks halda nə olacağını bilmirəm
“Napoli”nin baş məşqçisi Antonio Konte heyətin gücləndirilməli olduğunu bildirib.
İtaliya kubokunun 1-ci turunun matçında “Napoli” “Modena”nı məğlub edib (0:0, 4:3 penaltilər).
“Klubun hazırkı vəziyyətini bilirdim, bilirdim ki, bazarda həm transferlər, həm də maaşlar baxımından müəyyən məhdudiyyətləri var. Üstəlik, avrokuboklarda oynamadığımız üçün bir çox futbolçu bizə gəlmir.
Amma mən “Napoli” üçün yalnız ən yaxşısını istəyirəm, ona görə də heyəti gücləndirməyə çalışmaq lazımdır. Əks halda, nə olacağını bilmirəm”, – deyə Konte Canluka Di Marzionun saytına bildirib.
Aut.az
