“Şerif”in yeni baş məşqçisi bilindi
“Şerif”ə yeni baş məşqçi təyin olunub.
Aut.az xəbər verir ki, kluba Roman Pilipçuk rəhbərlik edəcək.
Ukraynalı mütəxəssisin son iş yeri Sloveniyanın “Selje” klubu olub. Sloveniya çempionatının son mövsümündə komanda ikinci yeri tutub.
Hazırda “Şerif” səkkiz oyundan sonra 19 xalla Moldova çempionatında ikinci yerdə qərarlaşıb.
