Gündoğan 2017-ci ildə Xavi haqda elə söz demişdi ki…
Hamı İlkay Gündoğanın “Barselona”ya transferi ilə bağlı rəsmi açıqlamanı gözlədiyi bir vaxtda, yarımmüdafiəçinin Xavi haqqında dediklərini xatırlatmaq qərarına gəldik.
Aut.az xəbər verir ki, hələ 2017-ci ildə “Marca”ya verdiyi müsahibədə İlkay onun fanatı olduğunu etiraf etmişdi:
“Mən Xaviyə pərəstiş edirdim, o, mənim üçün nümunə idi və bacardığım qədər həmişə ona baxırdım. O, həmişəlik izlənilə bilən oyun ustası idi.
Onun “Barselonada” İnyesta və Messi ilə oynama tərzi… Mən bu komandanı və xüsusilə Xavini izləməkdən həzz alırdım”.
İndi Gündoğan bundan sonra öz kumirini daha yaxından tanıyacaq.
Aut.az
