İspaniya

Ulduz futbolçusu “Real”dan görün nələr tələb edir

“Real” ulduz hücumçusu Vinisius Juniorsuz qala bilər.

Aut.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi braziliyalı vingeri komandada qalmasının prioritet olduğunu müəyyənləşdirib və ona yeni müqavilə təklif etməyə hazırdırlar. Lakin öz növbəsində İspaniya nəhəngi Vinisiusa öz şərtlərini diktə etməyə imkan verməyəcək.

O, Mbappe ilə eyni maaşı almaq istəyir və yeni müqavilə imzalamaq üçün böyük bir bonusa ümid edir. “Real” isə buna hazır deyil.

Vinisius klubdan ayrılmaq qərarına gəlsə, rəhbərlik onu satacaq. Madrid klubunda braziliyalı ulduz toxunulmaz hesab edilmir.

Aut.az