“Real” onu Ronaldonun komandasına göndərdi
“Real”ın yarımmüdafiəçisi Mario Martin icarə əsasında “Valyadolid”ə keçib.
Aut.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 1 illik nəzərdə tutulub.
20 yaşlı futbolçu “Real”ın yetirməsidir. O, 2023-cü ilin yanvarında İspaniya Kuboku matçında əsas komandada debüt edib. Ümumilikdə Madrid komandası ilə 4 görüşdə iştirak edib.
“Real”ın sabiq futbolçusu Ronaldo Nazarionun prezidenti olduğu “Valyadolid” İspaniya çempionatına “Espanyol” üzərində qələbə (1:0) ilə başlayıb. Avqustun 25-də komanda səfərdə elə “Los Blankos” ilə qarşılaşacaq.
Aut.az
