Dünya futbolu

Mbappe əfsanələri ötdü, “onluğ”a daxil oldu

“Real”ın hücumçusu Kilian Mbappe Fransa millisinin Şimali İrlandiyaya qarşı keçirdiyi yoldaşlıq oyununa start heyətində başlayıb.

Aut.az xəbər verir ki, bu qarşılaşma 27 yaşlı futbolçu üçün Fransa millisinin heyətində 98-ci oyun olub.

Bununla da Mbappe milli komandada keçirdiyi oyunların sayına görə Loran Blan, Kərim Benzema və Biksent Lizarazunu geridə qoyaraq 10-cu sıraya yüksəlib. Hər üç futbolçunun aktivində 97 oyun var.

Fransa millisinin tarixində Mbappedən daha çox oyuna çıxan futbolçular isə Uqo Lyoris (145 oyun), Lilian Tyuram (142), Olivye Jiru (137), Antuan Qrizmann (137), Tyerri Anri (123), Marsel Desayi (116), Zinəddin Zidan (108), Patrik Vieyra (107) və Didye Deşamdır (103).

Aut.az