İbra onlarla görüşdü – Foto
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç serbiyalı tennisçi Novak Cokoviçlə görüşüb.
Aut.az xəbər verir ki, Cokoviç ATP-in finalında norveçli Kasper Ruudu məğlub edib. İbra da serbiyalı ilə həmin qarşılaşmadan sonra görüşüb.

İsveçli həm Cokoviçlə, həm də onun məşqçisi Qoran İvanişeviçlə şəkil çəkdirib.
