Avro-2004-ün iştirakçısı 48 yaşında öldü
Latviya millisinin sabiq yarımmüdafiəçisi Andrey Proxorenkov dünyasını dəyişib. Onun 48 yaşı var idi.
Aut.az xəbər verir ki, Latviya KİV-lərinin məlumatına görə, ötən ilin sonunda Proxorenkova bədxassəli şiş diaqnozu qoyulub. Vəziyyəti pisləşdiyi üçün onun Almaniyadakı klinikaya aparılmasına qərar verilib və keçmiş futbolçunun müalicəsi üçün ianə aksiyası təşkil olunub.
O, Latviya yığması ilə Avro 2004-də iştirak edib və üç oyun keçirib.
Aut.az
