İtaliya

Əfsanə 80 yaşında vəfat etdi

“Bolonya”nın əfsanəsi, İtaliya çempionu Sidio Corradi 80 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Corradi karyerasına məhz “Bolonya”da başlamış və 1963/64 mövsümündə İtaliya çempionu olmuşdur. O, həmçinin Verona ilə Seriya B-ni qazanmışdı. Ümumilikdə karyerası ərzində 225 matçda 58 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçu karyerasını bitirdikdən sonra Corradi Cenovanın gənclər komandasında məşqçi, sonra isə “Bolonbya”nın skautu olaraq çalışıb. 2022-ci ildə ona “Cavaliere dello Sport” titulu təqdim edilmişdi.