İtaliya

Gürcü uğrunda mübarizə: 4 İngiltərə nəhəngi və…

İtaliyanın “Napoli” klubunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ilə İngiltərə Premyer Liqasının dörd komandası və Fransa PSJ-si maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Əkrəm Konur məlumat yayıb.

Mənbənin məlumatına görə, gürcü ilə parislilərdən başqa “Arsenal”, “Mançester Yunayted”, “Çelsi” və “Liverpul” klubları maraqlanır.

Bu mövsüm Kvaratsxeliya neapolluların heyətində bütün turnirlərdə 23 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Aut.az