Orada oynamaq hər bir uşağın arzusudur: Yıldız nəyə işarə edir?
“Yuventus”un yarımmüdafiəçisi Kənan Yıldız Çempionlar Liqasında “Santyaqo Bernabeu”da “Real”a qarşı keçiriləcək oyundan gözləntilərini bölüşüb.
Aut.az xəbər verir ki, UEFA-nın mətbuat xidməti Yıldızın sözlərini sitat gətirib:
“Hər bir uşaq bu stadionda – “Santyaqo Bernabeu”da oynamaq arzusundadır. Məncə, bu, dünyanın ən yaxşılarından biridir və indi orada oynaya bilmək arzunun gerçəkləşməsidir.
Çempionlar Liqasında belə bir klubla qarşılaşmaq sadəcə heyrətamizdir. Ümid edirəm ki, hər şey yaxşı olacaq və gözəl oyun keçirə biləcəm”.
“Real” – “Yuventus” oyunu oktyabrın 23-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az
