İtaliya

Şəhər Şurası əfsanəvi stadionu satmağa hazırdır: Bu qiymətə

Milan Şəhər Şurası əfsanəvi “Cüzeppe Meatsa” stadionunu (San Siro) cəmi 100 milyon avroya satmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Buna səbəb həm “İnter”in, həm də “Milan”ın Milanın ətraf ərazilərində öz stadionları üçün aktiv şəkildə ərazi axtarışında olmasıdır. Eyni zamanda, “San Siro” bahalı yenidənqurma və təmir tələb edir.

Amma arena şəhərin mədəni və memarlıq irsinin bir hissəsi kimi tanındığından sökülə bilməz.

Aut.az