İtaliya

A seriyasında qorxulu anlar: Məşhur futbolçu huşunu itirdi – FOTO

“Fiorentina”nın hücumçusu Moyze Kin İtaliya A Seriyasının 26-cı turunda “Verona” ilə oyunda (0:1) huşunu itirib.

Aut.az xəbər verir ki, ikinci hissənin ortasında “Verona”nın oyunçusu Kinə dizi ilə zərbə vurub. Bundan sonra o, huşunu itirərək meydançaya yıxılıb.

“Fiorentina”nın tibbi heyəti hücumçunu xərəkdə meydançadan çıxarmalı olub. O, 67-ci dəqiqədə əvəzlənib.

Kin bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 19 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Aut.az

A seriyasında qorxulu anlar: Məşhur futbolçu huşunu itirdi – FOTO
A seriyasında qorxulu anlar: Məşhur futbolçu huşunu itirdi – FOTO