Mourinyo onun alınmasını tələb edir
“Mançester Yunayted”in yarımmüdafiəçisi Fred yaxın vaxtlarda İtaliya A Seriyasına keçə bilər.
Aut.az xəbər verir ki, yarımmüdafiəçiyə “Roma” maraq göstərir. Bildirilir ki, “qurdlar”ın baş məşqçisi Joze Mourinyo şəxsən Fredin transferini tələb edib. O, əvvəllər bu futbolçu ilə MY-də birgə çalışıb.
“Roma” braziliyalıya daim meydana çıxmaq vədi verir. Onun “Mançester Yunayted”də belə şansı yoxdur. Xüsusən də Meyson Mauntun transferindən sonra.
Daha əvvəl “Mançester Yunayted”in Fredi 20 milyon funt-sterlinqə satmağa hazır olduğu bildirilirdi. Onun müqavilə daha bir il müddətinə qüvvədədir.
Aut.az
