Salah Kloppun gedəcəyini ilk dəfə kimdən eşidib?
“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah komandanın baş məşqçisi Yurgen Kloppun qərarından danışıb.
Aut.az xəbər verir ki, Salah Kloppun mövsümün sonunda gedəcəyi ilə bağlı xəbər ilk reaksiyası haqda da məlumat verib.
“Saat 10:30-da komanda iclasımız oldu, bu qəribədir. Gəldim, agentini gördüm və düşündüm ki, müqaviləni yeniləyir. Sonra Van Deyk mənə Kloppun getdiyini söylədi. Fikirləşdim: “Niyə?!” – “Sky Sports” Salahdan sitat gətirib.
Xatırladaq ki, yanvarın sonunda Yurgen Klopp cari mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlamışdı. 56 yaşlı mütəxəssis qərarını enerjisinin tükənməsi ilə izah edib. Alman çalışdırıcı onu da qeyd edib ki, o, ayrılandan sonra bir il ərzində nə klubda, nə də millidə işləməyəcək.
Aut.az
