70 milyonluq təklif aldı – Fikirləşir
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanından təklif alıb.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Romeo Aqrestini məlumat verib. Məlumata görə, italiyalıya hər mövsümə 20 milyon avro qarşılığında “Əl-Hilal”a başçılıq etmək təklif olunur. Həmçinin 10 milyon avro imza bonusu da təklif edilir. “La Gazzetta dello Sport” təklif olunan müqavilənin müddətinin 3 il olduğunu qeyd edir.
Turin klubunda ildə 7 milyon avro məvacib alan 55 yaşlı çalışdırıcı bu təklifi nəzərdən keçirir.
Aut.az
