İtaliya

SuperPippo üçün yeni şans: Bu dəfə B Seriyasında

“Piza”nın yeni baş məşqçisi İtaliya millisinin əfsanəvi sabiq hücumçusu Filippo İnzaqi olacaq.

Aut.az xəbər verir ki, nüfuzlu insayder Canluka Di Martsionun sözlərinə görə, tərəflər artıq müqavilə ilə bağlı razılığa gəliblər.

İnzaqinin əvvəlki iş yeri 2023-cü ilin oktyabrından 2024-cü ilin fevralına qədər işlədiyi “Salernitana” olub.

“Piza” ötən mövsümü B seriyasında 13-cü yerdə başa vurub.

Aut.az